Tovuz döyüşlərinin bir ayı tamam oldu – Ağdamda vəziyyət necədir? – REPORTAJbackend

Tovuz döyüşlərinin bir ayı tamam oldu - Ağdamda vəziyyət necədir? - REPORTAJ

Məlum olduğu kimi, iyul ayının 12-dən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində cəhbənin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Ağdam istiqamətində şiddətli döyüşlər başladı.

Bu döyüşlərdə ordumuz tərəfindən düşmənə layiqli cavab verildi.İşğalçı ölkənin onlarla hərbiçisi məhv edildi, yüzlərlə canlı texnikası sıradan çıxarıldı. Artıq Tovuz döyüşlərinin bir ayı tamam olub. Bəs bu gün cəhbədə vəziyyət necədir?

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata görə, bir ay öncə şiddətli döyüşlərin getdiyi Ağdam kəndində indi həyat normal axarında davam edir. Dövlətimizə və ordumuza güvənən kənd sakinləri gündəlik həyatlarını yaşayır. Kənd sakinləri təsərrüfatla məşğul olur, əkdikləri məhsulları biçir.

Kən sakini Yaşar Qurbanov deyir ki, “Hazırda sakitçilikdir. Atışma dayanıb. Kənd camaatı gündəlik həyatını yaşayır. Onu deyim ki, burada hər kəs Azərbaycan dövlətinə, ordumuza hər zaman güvənib. Heç vaxt düşməndən qorxmamışıq, bundan sonra da belə olacaq. Döyüşlər gedən zaman hər kəs bir nəfər kimi kənddə qaldı, ordumuza dəstək oldu”.

Ümumiyyətlə, Tovuz döyüşləri bir sıra vacib məqamlarla diqqət çəkdi. Bunlardan ən önəmlisi ordumuzun yüksək döyüş əzmi və insanların ruh yüksəkliyi oldu. Tovuz döyüşləri birmənalı olaraq növbəti dəfə Azərbaycan ordusunun və Azərbaycan xalqının qüdrətini, cəsarətini nümayiş etdirdi.

Kamil Məmmədov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*