Tramp ABŞ-ın Fələstin dövlətini tanıdığını elan edəcəkbackend

Tramp ABŞ-ın Fələstin dövlətini tanıdığını elan edəcək

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın müstəqil Fələstin dövlətini tanıdığını elan edəcək.

KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Yerusəlim Post”un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Trampın səfəri çərçivəsində Səudiyyə Ərəbistanında Körfəz-ABŞ sammiti keçiriləcək. ABŞ prezidenti burada mühüm bəyanatlar verəcək. Adının açıqlanmasını istəməyən Körfəz diplomatik mənbəsi bildirib ki, Tramp ABŞ-ın müstəqil və HƏMAS-ın iştirakı olmayan Fələstin dövlətini tanıdığını elan edəcək.

Mənbə həmçinin əlavə edib ki, əgər Vaşinqtonun Fələstin dövlətini tanıması barədə açıqlama verilərsə, bu, Yaxın Şərqdə qüvvələr balansını dəyişəcək ən mühüm bəyannamə olacaq və daha çox ölkə İbrahim razılaşmalarına qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*