Türkiyə dünya nəhənglərinə qarşı – Məlumat təhlükəsizliyi ilə bağlıbackend

Türkiyə dünya nəhənglərinə qarşı - Məlumat təhlükəsizliyi ilə bağlı

Türkiyə Prezidenti yanında Rəqəmsal Dəyişiklik İdarəsinin rəhbəri Əli Taha Koç texnologiya sahəsində dünya nəhəngləri olan şirkətlərə alternativ platformlar yaratmaq niyyətində olduqlarını bildirib.

KONKRET.az-ın xəbərinə görə, A.T.Koç bildirib ki, Quql, Feysbuk, Amazon, Maykrosoft, Əpl şirkətlərinin texnologiya sahəsindəki gücünə qarşı yerli və milli alternativlər olmalıdır:

“Möhtərəm Prezidentimiz hər zaman deyir ki, dünya beşdən böyükdür. Mən də rəqəmsal anlamda ona oxşar fikri deyirəm: Dünya QƏFAM-dan böyükdür. QƏFAM, yəni, Quql, Əpl, Feysbuk, Amazon, Maykrosoft… Quql bizim bütün axtarış sistemlərimizi bilir. Bu şirkətlər bu qədər çox məlumata malik olduğu halda sizin müstəqillik və demokratiyadan danışmağınız bir az çətindir. Çünki bu beş korporasiya sizinlə bağlı bir çox dövlətin bildiyi məlumatdan daha çoxunu bilir. Əgər bu korporasiyalar əllərindəki bütün məlumatları bir-birləri ilə paylaşsalar, halımız pis olacaq. Bu prizmadan baxsaq, məlumat təhlükəsizliyi bizim sərhədlərimizin təhlükəsizliyi qədər önəmli və əhəmiyyətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*