Türkiyə gələcəkdə də AB üzvü olmayacaq – Merçbackend

Türkiyə gələcəkdə də AB üzvü olmayacaq – Merç

Türkiyə və Rusiyanın Avropa Birliyinə daha güclü bağlanması lazımdır.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın hakim Xristian Demokrat İttifaqı Partiyasının sədri Fridrix Merç deyib.

Onun sözlərinə görə, Türkiyənin AB-nin daxili bazarına girişini təmin edəcək genişlənmiş Avropa iqtisadi məkanı məntiqli olardı. Bununla belə, Merç Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünə qarşı olduğunu da dilə gətirib və uzunmüddətli perspektivdə Türkiyənin AB üzvü olmasıyla bağlı heç bir imkanının olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*