Türkiyə hava məkanından hər 14 saniyədən bir təyyarə keçirbackend

Türkiyə hava məkanından hər 14 saniyədən bir təyyarə keçir

Türkiyə Dövlət Hava Limanları İdarəsi (DHMİ) son illər təyyarə ilə səyahət edənlərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.

KONKRET.az  xəbər verir ki, hazırda Türkiyə 175 ölkə ilə hava daşımaları sahəsində müqavilə imzalayıb. 2002-ci ildə sərnişinlərin sayı 34,5 milyon nəfərə yaxın idisə, 2024-cü ildə bu rəqəm 230,2 milyon nəfərə çatıb.

2024-cü ildə Türkiyə hava məkanından 2 milyon 290 min təyyarə istifadə edib. Bunun 521 mini tranzit uçuşlar olub. Hesablamalara görə Türkiyə hava məkanından hər  14 saniyədən bir təyyarə keçib. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu qeyd edib ki, Türkiyə dünyada ən geniş uçuş şəbəkəsinə malik ölkələrdən birinə çevrilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*