Türkiyə hökuməti Rusiyaya ixracı qadağan edilən malların siyahısını şirkətlərə göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə İstanbul Qara və Əlvan Metallar İxracatçıları Birliyi (İDDMİB) İdarə Heyətinin sədri Çetin Tecdelioğlu “Reuters” agentliyinə bildirib.
Onun sözlərinə görə, qadağa martın 1-dən qüvvəyə minib. Məlumatı agentliyin daha iki mənbəsi də təsdiqləyib.
Bildirilib ki, bununla bağlı Aİ Türkiyədən şifahi təminat alıb. Belə ki, martın əvvəlindən Avropa, ABŞ və ya Böyük Britaniyada ixrac nəzarəti tədbirlərinə məruz qalan mallar Rusiyaya göndərilməyəcək.
Qeyd olunub ki, Rusiya sanksiyalara görə avadanlıq və malların idxalı üçün çıxış yolları axtarır.
İqbal Rzayev,
KONKRET.az