Türkiyə və Azərbaycan Ermənistanla bu şərtlərlə münasibət quracaq – AÇIQLAMAbackend

Türkiyə və Azərbaycan Ermənistanla bu şərtlərlə münasibət quracaq - AÇIQLAMA

“Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi Yerevan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bu addımları Azərbaycan ilə birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töfhə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*