Türkiyədə ağır yol qəzası – 2 ölü, 6 yaralıbackend

Türkiyədə ağır yol qəzası - 2 ölü, 6 yaralı

Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yaralanmış altı nəfərdən üçünün vəziyyəti ağırdır.

Qeyd olunub ki, yerli vaxtla 23:00 radələrində (Bakı vaxtı ilə 00:00) “Toyota” markalı avtomobil “Fiat” markalı nəqliyyat vasitəsilə toqquşub. Məlumata görə, ölənlərin hər ikisi “Fiat”da olub.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*