Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 20 şübhəli saxlanıldıbackend

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 20 şübhəli saxlanıldı

Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Kıskaç-25” əməliyyatı keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.

Məlumata görə, əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb. Onların təşkilatın qondarma “Hərbi Şəxsi” strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun “ByLock” kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.

A.Yerlikaya terrorçulara qarşı mübarizənin qətiyyətlə davam edəcəyini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*