Türkiyədə futbol klubunun avtobusuna hücum edildi – FOTObackend

Türkiyədə futbol klubunun avtobusuna hücum edildi - FOTO

Türkiyənin birinci liqasında çıxış edən “Samsunspor” klubunun avtobusu bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat verib.

Hücum nəticəsində avtobusun şüşələri qırılıb.

Qeyd olunur ki, oyundan sonra “Samsunspor”un oyunçularını daşıyan avtobus Adanadakı otelə yollanıb.

Futbolçular nəqliyyat vasitəsindən endikdən sonra sürücü avtobusu daha təhlükəsiz yerdə park etmək istəyərkən avtobus kimliyi bilinməyən şəxslər tərəfindən hücuma məruz qalıb.

Xatırladaq ki, “Adanaspor” – “Samsunspor” qarşılaşması qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*