Türkiyədə qəzada ölənlərin sayı artdı – VİDEO + YENİLƏNİBbackend

Türkiyədə qəzada ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, aralarında uşaqların da olduğu qəzada ölənlərin sayı 20 nəfərə çatıb. Xəstəxanaya yerləşdirilən 26 nəfərdən 6-nın vəziyyəti isə ağırdır.

00:02

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Açıqlanan son rəqəmlərə görə, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfə isə yaralanıb.

***

21:28

Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*