Türkiyədən düşmənə qan udduran PUA-larla bağlı AÇIQLAMAbackend

Türkiyədən düşmənə qan udduran PUA-larla bağlı AÇIQLAMA

“Türkiyə indi heç kimin qapısında gözləmir, PUA-larını özü istehsal edir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Qurtulmuş deyib.

O bildirib ki, Türkiyə artıq PUA-ları ilə terror təşkilatlarına diz çökdürür:

“Türkiyə sərhəddən kənarda əməliyyatlar apararkən bütün dünya ayağa qalxaraq buna qarşı çıxır. “Edə bilməzsən” deyirlər. Türkiyə bu əməliyyatlarla terror təşkilatlarına diz çökdürür. Bu, Türkiyənin qarşısı alınmayan yüksəlişidir. Ankara hazırda yerli sənaye sahəsində 70 faiz məhsulları özü istehsal edir. Biz indi heç kimin qapısında gözləmirik, PUA-ları özümüz istehsal edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*