Türkiyəli nazir jurnalistin sözünü yarımçıq kəsdi: “Can Azərbaycan heç bir zaman yalnız deyil!”backend

Türkiyəli nazir jurnalistin sözünü yarımçıq kəsdi: “Can Azərbaycan heç bir zaman yalnız deyil!”

Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana dəstəyini ifadə edib.

Türkiyəli nazir sosial şəbəkə hesabında mətbuat konfransı zamanı çəkilmiş videosunu “Can Azərbaycan yalnız deyildir!” başlığı ilə paylaşıb.

Videoda jurnalistlərdən biri türkiyəli nazirə müraciət edərək Azərbaycanın növbəti dəfə raket hücumuna məruz qaldığını, dinc insanların, uşaqların həlak olduğunu qeyd edir. Daha sonra isə jurnalist “cənab nazir, Azərbaycan hazırda yalnızdır” ifadəsini səsləndirir.

Lakin qardaş ölkənin Nəqliyyat və İnfrastruktur naziri  Adil Karaismailoğlu bu cümlənin tamamlanmasına belə imkan vermədən iki ölkə arasındakı qardaşlıq əlaqələrini ən yaxşı şəkildə ifadə edən bu fikirləri səsləndirir:

“Azərbaycan heç bir zaman yalnız deyildir. Can Azərbaycanla birlikdəyik! Biz bu hücumları lənətləyirik. Ən qısa zamanda bu hücumların ən ağır şəkildə cavabı veriləcəkdir. Buna əmin olun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*