Türkiyənin parlament sədrindən Ermənistana ÇAĞIRIŞ – VİDEObackend

Türkiyənin parlament sədrindən Ermənistana ÇAĞIRIŞ - VİDEO

“Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra Nikol Paşinyan sülh üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və prosesi sürətləndirəcək”. 

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan parlamentində keçirilən üçtərəfli görüşdə deyib.

“Azərbaycanın Ermənistana sülh çağırışlarını biz açılım olaraq dəyərləndiririk. Ermənistan bu çağırışa adekvat cavab verərsə, Türkiyə olaraq bunu ən düzgün mövqe kimi qiymətləndirərik”, – deyə M.Şəntop əlavə edib.

Türkiyə parlamenti düşünür ki, Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı sülh istəyənləri cəsarətləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*