Türkmənistan Prezidentinin imici ilə bağlı ŞOK QƏRARbackend

Türkmənistan Prezidentinin imici ilə bağlı ŞOK QƏRAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanın Meri vilayətində dövlət işçiləri prezident Qurbanqulu Berdiməhəmmədovun yeni portreti üçün pul ödəməli olacaqlar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, portretlərin dəyişdirilməsi dövlət başçısının imicinin dəyişməsi ilə izah olunur. Qeyd edək ki, 2018-ci ilin avqust ayından etibarən, boz saçları ilə ictimaiyyətə görünməyə başlayan prezidentin imicində gözlənilmədən dəyişikliklər baş verib. Aşqabaddakı mənbələr portretlərin yenilənməsi prosesinin bütün ölkə daxilində başladığını elan ediblər.

Daşoğuz vilayətındəki səlahiyyətlilər ilk olaraq portretləri 2019-cu ilin yanvar ayında dəyişdirdiklərini deyiblər.

Portretlərin dəyişdirilmədiyi müəssisələrin işçiləri cərimə və işdən azad olunmaqla hədələnirlər.

Bununla bağlı dövlət sektoru işçiləri anonim olsa da, narazılıqlarını bildirirlər. Berdiməhəmmədovun hər ay saç rəngini dəyişə biləcəyini iddia edən məmurlar buna görə daim pul vermək istəmirlər.

Qeyd etmək lazımdır ki, dövlət başçısının imicində müəyyən dəyişikliklər mütəmadi olaraq baş verir. Artıq prezident 2019-cu ilin sonundan bəri vaxtaşırı eynək də taxır.

İndi Berdiməhəmmədovun bir portretinin qiyməti 10 manatdan (2.8 dollar) 50-200 manata (14-57 dollar) qədər dəyişir. Bir il əvvəl isə portretlər 3-5 manata (0.8-1.5 dollar) başa gəlirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*