Türkmənistanın Qaraqum səhrasında günəş panelləri quraşdırıldı – FOTObackend

Türkmənistanın Qaraqum səhrasında günəş panelləri quraşdırıldı - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Yanvar ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) bərpa olunan enerji mənbələrindən istifadəyə dair pilot layihə çərçivəsində Qaraqumdakı üç Türkmən kəndində günəş panelləri quraşdırıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu layihə ölkənin Su Ehtiyatları Dövlət Komitəsi ilə Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyə dəstəyi ilə həyata keçirilir.

Ümumi gücü 10 kVt olan günəş panelləri Mərkəzi Qaraqumda yerləşən Axal vilayətinin Byori, Yel və Bişkak kəndlərinə quraşdırııb. Nəticədə yerli əhalinin “təmiz enerji” istifadəsi zamanı zərərli qazlar azalacaq.

“Təxminən altı yüz (50%) qadın və qız da daxil olmaqla 1200-ə yaxın sakin bu pilot qurğulardan istifadə edəcək”, – deyə bildirilib.

UNDP / GEF Layihə Meneceri Geldi Muradov Türkmənistanın hava şəraitinin bərpa olunan enerjidən, xüsusən də günəşdən səmərəli istifadə üçün ideal olduğunu iddia edir. Kiçik ölçülü günəş qurğularının ucqar ərazilərdə istifadəsi iqtisadi cəhətdən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*