UEFA Ermənistandakı Avropa Liqası matçı ilə bağlı qərarını DƏYİŞDİbackend

UEFA Ermənistandakı Avropa Liqası matçı ilə bağlı qərarını DƏYİŞDİ

UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın “Ararat Armenia” və Serbiyanın “Srvena Zvezda” komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib.

KONKRET.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, hazırda Ermənistanda hərbi rejim hökm sürür. Oyunun keçirilməsi üçün alternativ yer bununla əlaqədar tapılıb.report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*