128-ci briqadanın əsgərləri Ukraynanın “Stuqna” tank əleyhinə kompleksindən Rusiya piyadalarının döyüş maşınını məhv ediblər.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə döyüş maşını məhv edildikdən sonra döyüşçülərin atəş mövqeyindən qaçdıqları görünür.
Qeyd edək ki, “Stuqna-P” Kiyevin “Luç” konstruktor bürosu tərəfindən hazırlanıb. Raketin kalibri 130 mm, maksimum atəş məsafəsi 5 min metrdir. Kompleks lazer yönləndirmə sistemi ilə yarı avtomatikdir. Operator “Stuqna”-nı sığınacaqdan uzaqda idarə edə bilər.
Xatırladaq ki, fevralın 24-də Rusiya Federasiyası müstəqil Ukraynaya genişmiqyaslı işğala başlayıb və ölkədə əsl çöküşə səbəb olub. İşğalçılar təkcə hərbi hissələri, hava limanlarını və digər strateji obyektləri ələ keçirmir, həm də mülki əhaliyə, şəhərlərin yaşayış binalarına atəş açır.
Vəsilə İbrahim,
KONKRET.az
