Ukrayna Rusiya ilə müharibəyə buna görə cəlb olunub: Qərbin ŞOK PLANI və Zelenskinin NATO hiyləsi məlum oldubackend

Ukrayna Rusiya ilə müharibəyə buna görə cəlb olunub: Qərbin ŞOK PLANI və Zelenskinin NATO hiyləsi məlum oldu

“Zelenski döyüş meydanındakı məğlubiyyətlərə görə NATO-nu münaqişəyə sürükləyir”. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın bu açıqlaması bir daha Alyans və Moskva arasında müharibə ehtimallarını gündəmə gətirib. Bir çox analitiklər müxtəlif səsbəblərdən Rusiya və NATO arasında müharibənin baş verməyəcəyini açıqlayırlar. Ancaq mövcud ehtimalın yüksək olduğunu düşünənlərin sayı da az deyil. Bəs görəsən, bu müharibə ehtimalı nə dərəcədə realdır?

Mövzunu “KONKRET.az“a şərh edən politoloq Turan Rzayev bildirib ki, Zelenski münaqişənin əvvəlində NATO-nu prosesə cəlb etmək istəyir:

Rusiyanın \"taxıl sazişi\" oyunu: \"Əsas məqsəd sülhdür\" - ŞƏRH

“Hətta NATO-nun gücünə arxayın olduğu üçün Ukrayna lideri bu müharibəyə başladı. Sonuncu Kursk hücumu ilə Zelennski göstərməyə çalışdı ki, NATO dəstək verəcəyi təqdirdə Ukrayna daha çox irəliyə gedə bilər. Bütün bunlar Ukrayna tərəfinin başlıca məqsədlərindən biri idi. Amma Kiyev gec də olsa anlamağa başladı ki, əslində onun müharibəyə cəlb edilməsinin məqsədi Rusiyanın başını qatmaqdır. İndi Ukrayna həm Qərbdən qisas almaq, həm də məğlubiyyətdən qaçmaq məqsədilə NATO-nu prosesə cəlb etmək istəyir. Amma NATO-nun bu tələyə düşəcəyinə inanmıram. Rusiya indiki məqamda Polşa və Baltikyanı ərazilərə bu və ya digər formada hücum etməsə, NATO ilə müharibə baş verməyəcək. Düşünürəm ki, Ukrayna ilə çətinliklə müharibə aparan Rusiya bu addımı atmayacaq. Üstəlik, NATO həm də Fransa, Almaniya, ABŞ və Türkiyə deməkdir. Bu dörd ölkə bir araya gəlsə, qarşısıalınmaz gücə çevrilə bilər. NATO-da hamı bir nəfər kimi döyüşmək məcburiyyətindədir. Ona görə də, NATO-Rusiya müharibəsinin olacağını düşünmürəm. Amma Nebenzyanın fikirlərində həqiqət var. Çünki Zelenskinin məqsədi NATO-nu Rusiya ilə müharibəyə sürükləməkdir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*