Ukrayna Silahlı Qüvvələrinin generalı: “Vəziyyət olduqca gərgindir!”backend

Ukrayna Silahlı Qüvvələrinin generalı: “Vəziyyət olduqca gərgindir!”

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətində müdafiəni həyata keçirən hərbi hissə və birləşmələrə baş çəkib.

KONKRET.az xəbər verir ki, Sırski briqada komandirləri ilə cəbhədəki vəziyyəti, Rusiya qüvvələrinin ehtimal olunan taktikasını və hərbi əməliyyatların gələcək inkişafının perspektivlərini müzakirə edib.

“Düşmən “Çasovoy Yar” bölgəsində müdafiəmizi yarmağa çalışır, pilotsuz təyyarələr və artilleriya vasitəsilə kiçik hücum qruplarında əməliyyatlara əl atır. Kamikadze dronlarından və elektron döyüş avadanlıqlarından istifadə edir. Vəziyyət gərgindir və bu, vəziyyətin daimi monitorinqini və operativ qərar qəbul etməyi tələb edir”, – deyə Sırski bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*