Ukrayna üç ildən sonra nüvə yanacağı istehsalına BAŞLAYIRbackend

Ukrayna üç ildən sonra nüvə yanacağı istehsalına BAŞLAYIR

Ukrayna üç ildən sonra nüvə enerji blokları üçün yanacaq istehsalına başlamağı planlaşdırır. Bu yanacaq daha sonra digər ölkələrə də ixrac ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda Ukrayna “VVER-1000” tipli yanacaq birləşmələri üçün komponentlərin istehsalına başlayıb. Gələcəkdə ölkə “VVER-440” reaktorları üçün birləşmələrin istehsalına başlamağı planlaşdırır.

Məlumata görə, layihə “Energoatom” tərəfindən ABŞ-ın “Westinghouse” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, müəssisə atom elektrik stansiyalarının nüvə reaktorları üçün yanacaq birləşmələri istehsal edəcək. Komponentlər İsveçin Vasteras şəhərindəki “Westinghouse” zavodunda nüvə yanacağı istehsal etmək üçün istifadə olunacaq.

Nazir bildirib ki, gələcəkdə Ukrayna Avropa ölkələrinə nüvə yanacağı tədarük edəcək. Belə ölkələr arasında Çexiya, Slovakiya, Finlandiya və Bolqarıstan da var.

Qeyd edək ki, Amerikanın “Westinghouse” şirkəti Ukraynaya nüvə yanacağının kommersiya tədarükünə hələ 2011-ci ildə başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*