Ukraynada Kaxovka SES-in bəndi məhv edildi – VİDEObackend

Ukraynada Kaxovka SES-in bəndi məhv edildi - VİDEO

Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə videogörüntülər teleqramda yayılıb.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil.

Faktla bağlı Ukraynanın “Cənub” operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: “Şəhərdə sakitlikdir”.

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*