Ukraynada yeddinci rus generalı öldürüldü – KİVbackend

Ukraynada yeddinci rus generalı öldürüldü - KİV

Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç Ukraynanın cənubunda komanda məntəqəsinə hücum nəticəsində bir rusiyalı generalın həlak olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Mignews.ua yazıb. Daha sonra deputat Yuri Mısyagin də Rusiya ordusunun komandanı, general Yakov Ryazantsevin ölümü ilə bağlı danışıb. Mısyagin bu barədə öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev Çernobayevkada məhv edilib.

Vikipediyada artıq generalın ölümü ilə bağlı məlumat da yer alıb.

Qeyd edək ki, Ukraynaya müdaxilə başlayandan bəri rus qoşunları artıq yeddinci yüksək rütbəli hərbi generalını itirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*