Ukraynalı hakerlər Krım televiziyasını “SINDIRDILAR” – VİDEObackend

Ukraynalı hakerlər Krım televiziyasını "SINDIRDILAR" - VİDEO

Ukraynalı hakerlər Krım televiziyasını sındırıblar.

KONKRET.az xəbər verir ki, ukraynalı hakerlər işğal olunmuş Krımda televiziyaya müdaxilə edərək prezident Volodimir Zelenskinin müraciətini yayımlayıblar.

Yayımlanan videodan görünür ki, Rusiyanın Birinci Kanalının efirində Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətindən bir fraqment yayımlanıb.

Zelenski videoda “Krımda qiymətli torpaqları zəbt edən rus məmurlarının hər biri yadda saxlasın ki, bura onların dinc qalacağı torpaq deyil” deyir.

Videoda həmçinin Tina Karolun “Ukrayna – Tse Ti” mahnısına Ukrayna və Krım-tatar bayraqları ilə video ardıcıllığı nümayiş etdirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*