Sumı vilayətinin üç rayonunda – Konotop, Axtırski və Sumıda aktiv döyüşlər davam edir.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, adıçəkilən bölgədə vəziyyət gərgin olaraq qalır. Burada qızğın döyüşlər gedir. Konotop rayonu, Sumı və Axtırskidə döyüşlər ən aktiv mərhələdə aparılır.
“Bildiyiniz kimi, ölkəmizdə bəzi yaşayış məntəqələri rus işğalçılarının nəzarəti altındadır. Orada terror və ukraynalıların soyqırımı baş verir”, – deyə teleqram kanallarında yayılan məlumatlarda bildirilir.
Trostyanets kəndində də döyüşlər davam edir, Sumı ətrafının atəşə tutulması və Axtırkanın bombalanması davam edir.
Ukrayna ordusundan gələn məlumatlara görə, bəzi kəndlərin tezliklə işğaldan azad ediləcəyi gözlənilir.
Sevinc Paşayeva,
KONKRET.az
