Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ: Bu halda ödənişiniz dayandırılacaqbackend

Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ: Bu halda ödənişiniz dayandırılacaq

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələr üçün mühüm sosial təminat mexanizmlərindən biridir. Lakin bəzi hallarda vətəndaşların vergi öhdəliklərini yerinə yetirməməsi yardımın avtomatik şəkildə dayandırılmasına səbəb olur. Elektron sistem ailənin real gəlirini müəyyən edə bilmədikdə sosial dəstək kəsilir və nəticədə ailə çətin vəziyyətlə üz-üzə qalır. Qanunvericilik isə bu kimi hallarda konkret prosedur və müddəalar müəyyən edib.

Bəs sosial yardım vergilərin ödənilməməsinə görə dayandırılarsa, vətəndaş hansı addımları atmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Aqşin İsgəndərzadə bildirib ki, sosial yardımın təyin olunması zamanı ailənin gəlirləri elektron sistem vasitəsilə müəyyən edilir və vergi öhdəlikləri yerinə yetirilmədikdə sistem real gəliri hesablaya bilmir. Bu səbəbdən də yardımın verilməsi dayandırılır.

“Belə vəziyyətdə ilk növbədə vergi borcları ödənilməlidir. Daha sonra vətəndaş 142 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verməlidir ki, məsələ yenidən baxılmağa çıxarılsın”

Hüquqşünas qeyd edib ki, mövcud qaydalara əsasən ailənin gəlirində hər hansı dəyişiklik baş verdikdə bu barədə 15 iş günü ərzində elektron sistem üzərindən aidiyyəti quruma məlumat verilməlidir.

“Əks halda sosial yardım dayandırılır. Yardım dayandırıldıqdan sonra isə 15 iş gün müddətində məsələyə yenidən baxılır. Həmin müddət ərzində vergi borcu ödənilərsə, problemin həlli mümkündür.
Lakin müəyyən olunmuş vaxt ötürüldükdə və tələb olunan məlumatlar təqdim edilmədikdə, vətəndaşın 1 il müddətinə ünvanlı dövlət sosial yardımına müraciət hüququ məhdudlaşdırılır”.

Qeyd edək ki, bu tələblər “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3, 4.4, 4.6 və 4.9-cu bəndlərində əksini tapıb.

Aynurə İsmayıl
KONKRET.az

  • Sefa Fərəcov
    Mart 16, 2026 - 16:51

    Salam biz müraciət etmişik ama 18 i günüdü ki gələn yoxdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*