Vahid Əhmədov: “McDonalds”ı baykot etmək çətin məsələ deyilbackend

Vahid Əhmədov: "McDonalds"ı baykot etmək çətin məsələ deyil

“McDonalds Azerbaycan” şirkətinin Facebook hesabında əvvəlcə Azərbaycana dəstək paylaşımları yerləşdirməsi, az sonra isə bunu silməsi sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin böyük narazılığına səbəb olub. İstifadəçilər öz etirazlarını şirkətin səhifəsində #baycotmcdonalds həştəqilə bildiriblər.

KONKRET.az xəbər verir ki, bir çoxları şirkəti boykot etməyə çağırıb.

Azərbaycanda böyük şəbəkəyə malik olan şirkət üzr istəmək əvəzinə, məqsəd və məramlarının qarın doyurmaq olduğunu açıqlayıb.

Pravda.az-ın məlumatına görə, “McDonalds Azerbaycan”ın açıqlamasında deyilir:

“Bütün dünya üzrə McDonalds öz qapılarını hər kəsin üzünə açaraq dadlı yeməklər təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli partnyor kimi fəaliyyət göstərir.

Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var-əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq”.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Azərbaycanda müharibə getdiyi bir dövrdə ölkədə fəaliyyət göstərən bütün şirkətlər bizim maraqlarımıza xidmət etməlidir: “McDonalds şirkətinin Azərbaycanda çox böyük şəbəkəsi var və kifayət qədər böyük vəsait qazanırlar. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ölüm-dirim mübarizəsi, anti-terror əməliyyatı, Vətən Müharibəsi gedir. Belə bir şəraitdə istənilən şirkət Azərbaycanın maraqlarına xidmət etməlidir. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın fransız mallarını boykota çağırışına bir neçə dövlət qoşuldu. Bu baxımdan McDonalds-ı baykot etmək çətin məsələ deyil. Ona görə də şirkət rəsmiləri addım atanda iki dəfə düşünməlidir”.

Deputat ölkədə fəaliyyə göstərən bütün şirkətləri Azərbaycana dəstək olmağa çağırıb: “Azərbycan müştərisi hesabına pul qazanırlarsa, Azərbaycanın maraqlarına xidmət etməlidirlər. Mən bu halı müsbət hal kimi qiymətləndirmirəm. Azərbaycanda kifayət qədər vəsait qazanan bir şirkət belə hala yol verməməlidir.

Ali Baş Komandan bu mübarizədə dünyanın güclü dövlətlərini qarşısına alıbsa, adi bir şirkət rəsmisi kimdir ki, hardansa gələn zənglə Qarabağ paylaşımını sosial şəbəkə hesabından silir?! Bu nə deməkdir?! Onlar Azərbaycana dəstək olmalıdırlar, köstək yox”.

  • sevda
    Noyabr 1, 2020 - 16:26

    Ermənistanda Mersedes şirkətindən erməniyə dəstək gəlir, amma Azərbaycanda yerləşən şirkət bir şəkil paylaşıb silir ki, siyasətə qarışmırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*