Pekin administrasiyası NATO-nun “Çin Rusiyanın müharibəsinə dəstəyini dayandırmalıdır” bəyanatına sərt reaksiya verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, NATO Ukrayna böhranının əsas səbəbini özündən soruşmalıdır.
“NATO-nun mövcudluğu üçün yalnız bir səbəb var, o da müharibədir” – fikrini bildirib.
Çin sözçüsü NATO-nun heç vaxt dünyanın sülh və təhlükəsizliyinə töhfə vermədiyini, soyuq müharibə əvəzinə Rusiya ilə dialoq qurmasının vacib olduğunu vurğulayıb .
Qeyd edək ki, NATO-nun Zirvə toplantısından sonra verilən açıqlamada Pekin rəhbərliyinə, Rusiyaya dəstək verməmək və sanksiyaları pozmamaq çağırışı edilib.
İqbal Rzayev,
KONKRET.az
