VAZ-2107 “aeroport” yolunda xuliqanlıq edib yolu bağladı — Jurnalistə hücüm çəkib təhqir etdibackend

"VAZ-2107" aeroport yolunda xuliqanlıq edib yolu bağladı — Sürücü jurnalistə hücüm çəkib təhqir etdi

Bu gün axşam saatlarında VAZ-2107 markalı avtomobilinin sürücüsü “Aeroport” yolunda avtoxuliqanlıq edib.

KONKRET.az xəbər verir ki, 90-KD-119 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü adıçəkilən yolda naməlum səbəbdən idarə etdiyi maşını yolun ortasında saxlayaraq hərəkəti tam məhdudlaşdırıb. Nəticədə prosoektdə böyük tıxac yaranıb, yolda qalan insanlar isə narazılıq edib.

Hadisə yerində olan Manset.az-ın əməkdaşı məlum hadisəni lentə almaq istəyərkən həmin xuliqanlıq etmiş sürücü saytın əməkdaşına hücum edib, onun mobil telefonunu sındırıb və nalayiq sözlərlə təhqir edib.

Məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Hazırda qanunazidd əməllər törədən sürücü  axtarılır.
  • Mahmud
    İyul 21, 2021 - 23:50

    Yəqin bayram günü də işləyib, başına gün vuran kasıbdır. Varlılar bizdə belə şey etmir. Qurtuluş Məhərrəmin kürəkəni də “bir səhv” idi. Varlıların hamısı “ağıllı”, “təvəzökar”dırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*