Vəfat edən azərbaycanlı diplomatın 36 yaşı olub – FOTObackend

Vəfat edən azərbaycanlı diplomatın 36 yaşı olub - FOTO

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin Azərbaycanın Macarıstandakı səfirliyinin diplomatı Elmira Orucovanın vəfatı ilə əlaqədar başsağlığı verib.

KONKRET.az xəbər verir ki, məlumatda E.Orucovanın 2015-2019-cu illərdə nümayəndəliyikdə işlədiyi bildirilib:

“Çox dəyərli həmkarımız, professional dövlət qulluqçusu, gözəl insan Elmira Orucovanın (1985-2021) vaxtsız vəfatı xəbərini alıb çox kədərləndik. Ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin”.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da E.Orucovanın vəfatı ilə bağlı başsağlığı verib:

“Çox dəyərli insanın itkisinə dərindən kədərləndik. Allahdan mərhuməyə rəhmət, valideynlərinə səbr diləyirik”,-deyə o söyləyib.

Xatırladaq ki, E.Orucova diplomatik nümayəndəlikdə referent vəzifəsində çalşırdı./ölkə.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*