Vətəndaşlara Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir – VİDEObackend

Vətəndaşlara Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir - VİDEO

Bəzi şəxslərə Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin ölkədə olmayan müxtəlif şirkətlərin adından iş elanları paylaşılır. Daha sonra həmin müəssisəyə işə düzəltmə üçün müraciət edənlərdən müəyyən məbləğdə pul istənilir.

Norveçdə yaşayan azərbaycanlı Xaqan Əzizov bildirib ki, bu mövzuda onlarla insan ona yazıb. Məlumatlandıqdan sonra isə dərhal dələduzlara pulu ödəmək fikrindən daşınıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu kimi hallarla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bu kimi dələduzluq halları ilə qarşılaşan vətəndaşlar “102” xidmətinə və yaxud nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.

Ətraflı süjetdə:

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*