Vəzifəli şəxsin oğlu mehmanxanada öldübackend

Vəzifəli şəxsin oğlu mehmanxanada öldü

Mingəçevir şəhərində 49 yaşlı kişi mehmanxanada ölüb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.

Xatırladaq ki, C.Rəhimov Mingəçevir Avtovağzal MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*