Rusiyalı tele-aparıcı Vladimir Solovyovun İtaliyada evinin olması xəbəri çoxlarını şoka saldı. Əslində bu neçə il əvvəl məlum olsa da, ruslar hələ də təəccüblənir və bu hadisəni müzakirə edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə “Lentoinform.ru” məlumat yayıb. Məlumatda deyilir ki, Solovyov özü xəbərlərə kəskin reaksiya verib. Ancaq maddi vəziyyəti barədə məlumatın yayıldığı üçün deyil. İtaliya hökümətinin sanksiyasına görə. Məlum olduğu kimi Sergey Navalnıya görə İtaliya höküməti Rusiya Federasiyasına və fərdi sakinlərinə qarşı növbəti sanksiyalar tətbiq edib. Bu sanksiya səbəbindən Solovyov bu ölkədəki əmlakını itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Lətif,
KONKRET.az
