Vurduğu zərərə görə rəsmi Bakı İrəvandan Zəngəzurun bir hissəsini tələb edə bilərmi? – İLGİNC AÇIQLAMAbackend

Vurduğu zərərə görə rəsmi Bakı İrəvandan Zəngəzurun bir hissəsini tələb edə bilərmi? – İLGİNC AÇIQLAMA

Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün yaşayış massivlərini, mədəni abidələri, yol-infrastrukturunu dağıdıb, regiona ciddi zərər vurub. Qarabağ düşmən tapdağından azad edildikdən sonra Ermənistanın Azərbaycana vurduğu ziyanı qarşılamaq məsələsi gündəmə gəlsə də, hal-hazırda bu istiqamətdə durğunluq müşahidə olunur. Bəs görəsən  Ermənistanın Azərbaycana vurduğu zərəri qarşılayacağı nə dərəcədə realdır? Ümumiyyətlə zərəri ödəyə bilmədiyi təqdirdə Azərbaycan tərəfi rəsmi İrəvandan Zəngəzur ərazisinin bir hissəsini tələb edə bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zərdüşt Əlizadə qeyd edib ki, nəzəri və hüquqi cəhətdən bu, bəlkə də mümkün olan məsələdir: “Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan çox kasıb dövlətdir və onun Qarabağa 30 ildə vurduğu böyük ziyanı ödəməyə imkanı yoxdur. Düşünmürəm ki, Beynəlxalq Məhkəmə hüquqi baxımdan qərar çıxaran zaman bunu nəzərə almayacaq. Çünki, kimə qarşı iddia qaldırılırsa, onun maddi vəziyyəti də nəzərə alınır. Məsələn sıravi vətəndaşı 50-100 manat məbləğində cərimələmək mümkündür. Həmin şəxsləri 50 milyon məbləğində cərimələmək qərarını çıxarmağın isə mənası yoxdur. Ermənistanın Qarabağa vurduğu ziyan böyükdür, ancaq  Azərbaycan bu zərərin qarşılığını İrəvandan ala bilməyəcək”.

Zərdüşt Əlizadə: “Paşinyan müharibəni qəsdən uduzur”

Politoloq əlavə edib ki, Qarabağa dəyən ziyanı Ermənistan qarşılamayacaq: Azərbaycanın Ermənistandan maddi yardım əvəzinə Zəngəzur ərazisinin bir hissəsini alması məsələsi də mümkün deyil. Ermənistandan zərəri ödəmək əvəzinə qarşılığında ərazisindən imtina etməsi şərtini irəli sürə bilmərik”.

Arifə Kərimzadə,

KONKRET.az

  • Nezer
    Sentyabr 6, 2022 - 15:49

    Niya olmur ki?!
    Bashga dovletler bu jur teleb eliye biler, Azerbayjana olmaz?
    B
    Zengezyrun bir hussesuni devil, 100%-ni hem teleb etmek, hem geri almag gerekdi!

  • İntiqam
    Sentyabr 6, 2022 - 19:17

    Dəymiş zərərin miqyasını qiymətləndirib beynəlxalq məhkəmədə təsdiqləmək lazımdır ki, gələcəkdə həmin ziyanı tələb etmək imkanı olsun.Polşa Almaniyadan 2-ci dünya müharibəsindən deyən ziyana görə 77 il sonra təzminat tələb edə bilir.Biz niyə tələb etməyək?

  • Vüqar
    Sentyabr 6, 2022 - 20:41

    Azərbaycan ya güc ya da hüquqi müstəvidə qərbi Zəngəzur mahalını ortaya qoyub tələb etməlidir….
    Hələ 4000 itkin düşən soydaşlarımızın təminatını Ermənistana odətdirməlidir.

  • Mahmud
    Sentyabr 6, 2022 - 23:02

    Zəngəzuru Naxçıvana kimi tələb etməyə Azərbaycanın həm mənəvi həm də qalib ölkə kimi hüquqi haqqı vardır.

  • Gadir
    Sentyabr 7, 2022 - 05:59

    Что Вы выдумывает .Такой страны вообще не должно быт на карте .Вся территория Армении -это Азербайджана, которую превратила в свою колонию Россия.Чтобы утвердиться в этой части Азербайджана Россия обманывая мировое сообщество и ведя их в заблуждение создал там это незаконное террористическое государство.С помощью этой террористической страны Россия узаконывывает свою террористическую политику против Турции и Азербайджана.Пример незаконное военное присутствие под видом миротворца России в нашем Карабахе.

  • Deniz
    Mart 18, 2024 - 20:09

    Bu qondarma analitikin erməni aşiqi olduğu aydın görünür. Onun Azərbaycan millətinin adından danışan işi yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*