backend

WhatsApp-da səhv - Bu funksiya düzgün işləmir - VİDEO

WhatsApp sosial şəbəkəsində ”məkan yeri” funksiyası istifadəçilər tərəfindən geniş istifadə olunur. Amma bir sıra hallarda bu funksiyadan istifadə edənlər gedəcəkləri ünvanlarla xəritədə göstərilən ünvanlar arasında fərqin olduğunu deyirlər.

Yəni istifadəçiyə başqa bir istifadəçi tərəfindən WhatsAppda olduğu məkanın ünvanı atılır, həmin şəxs isə göstərilən ünvandan bir neçə yüz metr başqa ünvana gedir. Bu isə vaxt itkisinə səbəb olur. Bəs Azərbaycanda bu funksiyanın düzgün işləməməsinə səbəb nədir? Sualımızı ekspertlər cavablandırıb.

Son vaxtlar Azərbaycanda WhatsApp proqramında olan ”Canlı məkan” funksiyasından istifadəyə maraq artıb. Olduğun ünvanı ”məkan yeri” funksiyası ilə istənilən şəxsin WhatsApp nömrəsinə atmaqla ona əraziyə necə gələcəyini bildirmək olur.

Məsələ burasındadır ki, bir sıra hallarda bu funksiyadan istifadə edən bəzi vətəndaşlar proqram təminatında olan ünvanların bir çox hallarda səhv göstərdiyini bildirirlər.

İnformasiya texnologiyaları üzrə ekspert Oruc Mustafayevin sözlərinə görə, WhatsApp-da olan ”Canlı məkan” funksiyası birbaşa ”google map”a bağlanır. Yəni ünvan həmin xəritədə göstərilir. Bir çox hallarda bu funksiyadan istifadə edərkən ünvanın səhv göstərilməsinə səbəb isə yeni salınan yolların, küçələrin, eləcə də qəsəbələrin həmin xəritəyə əlavə olunmamasıdır.

Bəs Azərbaycanda bu funksiyanın göstərişi zamanı yaranan problem necə həll edilə bilər?

Qeyd edək ki, bu funksiyadan Avropada daha geniş şəkildə istifadə olunur. Azərbaycanda isə hazırda daha çox insanlar bəzən də taksi çağırarkən yararlanırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*