Xaçmaz Rayon İcra Hakimiyyətinə məxsus avtomobil yandı – VİDEObackend

Xaçmaz Rayon İcra Hakimiyyətinə məxsus avtomobil yandı - VİDEO

Xaçmaz şəhərində avtomobil yanıb. 

KONKRET.az xəbər verir ki, hadisə Xaçmaz – Niyazoba avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus zibil daşıyan iri tonajlı yük avtomobili yanıb.

Hadisə yerinə FHN-nin Xaçmaz DYMH-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*