Xaçmazda kütləvi dava – 2 nəfər bıçaqlandıbackend

Xaçmazda kütləvi dava - 2 nəfər bıçaqlandı

Gecə saatlarında Xaçmaz rayonunun Xudat şəhərində 2 nəfər bıçaqlanıb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, bir qrup şəxs arasında yaşanan insident daha sonra Xudat şəhər 2 saylı orta məktəbin həyətində davam edib. Nəticədə 2 nəfər rayon sakini hələlik adları məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Onlar 1996-cı il təvəllüdlü Eyyubov İslam Telman oğlu və 1997-ci il təvəllüdlü Aydəmirov Samir Sabir oğludur. Hər iki yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunsa da, hər iki yaralının vəziyyəti ağır olaraq qalır. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*