Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə SƏRT SÖZLƏRbackend

Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə SƏRT SÖZLƏR

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib.

KONKRET.az-ın məlumatına görə, o qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.

Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.

“Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz… Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.

Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz – budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.

Bir yerli “fəal” in dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, – xalq yazıçısı statusunda qeyd edib.

Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:

“Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”.

  • Mahbuba
    Sentyabr 9, 2020 - 23:14

    Çox düzgün qeyd etmiş. Mende Çingiz müellimle eyni fikirdeyim ve her zamanda bu haqda başqalarıylada mübahiseye çox girirem

  • Mərdan Camalov
    Sentyabr 10, 2020 - 08:02

    Mən Çingiz müəllimin fikirləri ilə razı deyiləm. Rus dilini öyrənmək üçün rus dilində məktəb açmağa ehtiyac yoxdur. Rus dilində və ya digər dillərdə təhsil alan tələbələr milli _mənəvi dəyərlərdən, milli ruhdan, milli mentalitetdən xəbərsiz olub, yabançı düşüncə tərzinə, yad əxlaqa yiyələnirlər. İkinci, dövlət özünə lazım olan kadrları özü yetişdirməlidir.

    • Sədi
      Sentyabr 10, 2020 - 11:35

      Siz səhv fikirləşirsiniz.Ç.Abdullayev özü azərbaycan dilində heç də yaxşı danışa bilmir.Amma,onun qədərbu torpsğa,bu milıətə ürəyi yanan ikinci ziyalı tapmaq çətindir.Məsələ kimin hansı ditəhsil almasında deyil.Əsas məsələ kimin nə dərəcədə vətənpərvər olmasıdır.

  • Sədi
    Sentyabr 10, 2020 - 11:36

    Siz səhv fikirləşirsiniz.Ç.Abdullayev özü azərbaycan dilində heç də yaxşı danışa bilmir.Amma,onun qədərbu torpsğa,bu milıətə ürəyi yanan ikinci ziyalı tapmaq çətindir.Məsələ kimin hansı ditəhsil almasında deyil.Əsas məsələ kimin nə dərəcədə vətənpərvər olmasıdır.

  • Fehrad
    Sentyabr 10, 2020 - 13:16

    Men Cingiz muallimle tam raziyam

  • Nata
    Sentyabr 10, 2020 - 18:39

    Mən Ç,Abdullayevlə razı deyiləm,çünki rus dili məktəbləri durmadan artır və nəzərə alsaq ki,orda ruslar yox,bizim az.dilli müəllimlər dərs deyir,nəticə məlumdur.Sovet dönəminin rusdilli məktəbi ilə,indiki dövrün rusdilli məktəbləri arasında at-eşsəkbqədər fərq var.Socetin rusdilliləri dünyagörüşləri ilə,ədalətləri ilə secilirdisə,indikilər haqda bunu demək olmaz.Sadəcə bizimkilər həmişə dəb dalınca qaçıblar.Qaldiki ay Çingiz bəy,nə Ermənistanda,nə də Gürcüstanda rusdilli məktəblər yoxdur.Dil bilmək istəyən onsuz da məktəbsiz də öyrənəcək.

  • Nata
    Sentyabr 10, 2020 - 18:41

    Sentyabr 10, 2020 - 18:43

Mahbuba üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*