Ukrayna prezidenti Volodimir Zelenski ona rəğbət bəsləyən və dəstəkləyən xarici liderlərin ölkəni tərk etmə çağırışlarına baxmayaraq, bunkerdə qalmaqda davam edir.
KONKRET.az xəbər verir ki, “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, ölkə başçısı fəaliyyətini sovet dövründən qalma bunkerdə, spartalılara xas şəraitdə həyata keçirir.
“Müharibə Zelenskinin görünüşünə, əhvalına və hətta, onun səhhətinə mənfi təsir göstərib”, – deyə nəşr qeyd edib.
