Siyəzən rayonunun Məşrif kəndində Vətən Müharibəsinin şəhidi XTQ əsgər Məhərrəmov Elməddinin adına məscid inşa edilir.
KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı Məşrif kənd nümayəndəsi Kənan Əliyev bildirib ki, məscidin maliyyəsi şəhidin ailəsi tərəfindən qarşılanır.
Belə ki, evin tək oğlu olan Elməddinin adını daşıyacaq məscidin tikinti işləri davam etdirilir. Qeyd edək ki, XTQ əsgəri Məhərrəmov Elməddin Şahlar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
/unikal.org/
