Yanacağın qiymətinin artırılmasından sonra kompensasiya veriləcək – AÇIQLAMAbackend

Yanacağın qiymətinin artırılmasından sonra kompensasiya veriləcək - AÇIQLAMA

“Benzinin qiyməti Avropada çox bahadır, qonşu ölkələrdə də vəziyyət belə idi. Məsələn, Gürcüstanda yanacaq baha olduğu üçün insanlar benzini oraya aparırdılar. Xatırlayırsınızsa, 2013-cü ildə dizel, 2017-ci ildə isə Aİ-92 markalı benzinin qiymətini artırmışdılar. Həmin müddətdən sonra yanacağın qiymətində artım olmayıb. 
Hökumət üzvləri bildirirdilər ki, dəfələrlə pensiyaların, əmək haqqlarının orta miqdarı atırılıb. Zərurət yaranırdı ki, yanacağın qiyməti digər ölkələrlə kəskin fərqlənməsin. Eyni zamanda qeyd olunur ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Məlumata görə, hökumət sərnişindaşıma ilə əlaqədar kompensasiyanın verilməsini nəzərdə tutub”.
KONKRET.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, bu, gediş haqqının artırılmaması üçündür:
“Digər sahibkarlar üçün də kompensasiya nəzərdə tutulub. Elə etmək lazımdır ki, yanağın qiymətinin artırılması baza qiymətlərinə təsir etməsin. Yəni, əsas daşınma xərclərinin artmamasına nail olmaq lazımdır. İstəyimiz odur ki, bu addımlar insanların güzəranına mənfi təsir etməsin”.
Qeyd: Tarif Şurasının yanvarın 4-də keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib./pravda.az/
  • Omer
    Yanvar 5, 2021 - 14:23

    Bele cixirki deputadlarin evvel den artimi bilir is???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*