YAP-ın namizədi – Universitetə 667,5 balla daxil olubbackend

YAP-ın namizədi - Universitetə 667,5 balla daxil olub

YAP 35 saylı Xətai üçüncü Seçki Dairəsindən QHT rəhbərinin namizədliyini irəli sürüb. 

KONKRET.az xəbər verir ki, bu dairədən YAP-ın namizədi Vəliyeva Pərvanə Bulut qızıdır.

1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq  Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecment ixtisası üzrə təhsil alıb.

Hazırda o, Sağlamlığa Xidmət ictimai birliyinin icraçı direktorudur.

Pərvanə Vəliyeva, eyni zamanda, COP-29 Təşkilat Komitəsinin üzvüdür. (azxəbər)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*