backend

Yaşayış binasında yanğın baş verdi - bir uşaq öldü, biri isə...

KONKRET.AZ xəbər verir ki, Rusiyanın İrkutsk şəhərində faciəli yanğın hadisəsi baş verib. Belə ki, dördmərtəbəli yaşayış binasında baş verən yanğında bir uşaq ölüb. Yerli media nın məlumatında bildirilir ki, şəhərin Krasnoqvardeyiskaya küçəsindəki evdə beş yaşlı bir qız və iki yaşlı bir uşaq mənzildə baxımsız vəziyyətdə tək olub. Həmin vaxt evdə yanğın baş verib.

Huşsuz vəziyyətdə olan uşaqları ataları xilas etməyə çalışıb. Onları təcili yardım qrupuna təhvil versə də, ata övladlarından birini itirib. Yaralı uşaqlar İvano-Matreninski şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Təəssüf ki, həkimlər qızı xilas edə bilməyiblər.

Yanğın mənzilin 16 kvadratmetr sahəsinə ciddi ziyan vurub.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*