“Yeni iş yerləri açılacaq” – Mikayıl Cabbarovbackend

"Yeni iş yerləri açılacaq" - Mikayıl Cabbarov

Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holding”lə Anlaşma Memorandumu imzalanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək:

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*