Yeni Zelandiya Ukrayna üçün təyyarə və hərbçi GÖNDƏRİR – FOTObackend

Yeni Zelandiya Ukrayna üçün təyyarə və hərbçi GÖNDƏRİR - FOTO

Yeni Zelandiya Ukrayna üçün “C-130 Hercules” təyyarəsini və 50 hərbçini Avropaya göndərəcək.

KONKRET.az “The New Zealand Herald” qəzetinə istinadən xəbər verir ki, bu barədə baş nazir Casinda Adern bildirib.

Ardern qlobal sabitlik üçün Avropa regionunda sülhün zəruri olduğunu qeyd edib.

Bu müharibənin hər kəs üçün “təhdid” olduğunu bildirən Ardern dəstəyin məqsədinin Rusiyanın hücumlarını dəf etməkdə Ukraynaya kömək etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, “C-130 Hercules” aviasiya tarixində ən uğurlu nəqliyyat təyyarələrindən biri kimi tanınır.

Bildirilib ki, aprelin 13-də Yeni Zelandiyadan havaya qalxması planlaşdırılan təyyarə Ukrayna ərazisinə daxil olmayacaq, avadanlıq və təchizatların daşınması üçün Avropaya yerləşdiriləcək.

 

İqbal Rzayev,

KONKRET.az

No description available.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*