Yevlaxda dəm qazından zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib.
KONKRET.az-ın məlumatına görə, Yevlax rayon Havarlı kənd sakini, 2002-ci il təvəllüdlü F.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.”Report”
