““Z Xüsusi Əməliyyatı” yeni mərhələyə qədəm qoyur, daha mərhəmət olmayacaq” – Miroşnik – ÖZƏLbackend

““Z Xüsusi Əməliyyatı” yeni mərhələyə qədəm qoyur, daha mərhəmət olmayacaq” – Miroşnik - ÖZƏL

“Bir ay ərzində Rusiya tərəfi mühasirəyə alınmış silahlı birləşmələri silahı yerə qoymağa inandırmağa çalışdı. Bu, heç bir ciddi nəticə vermədi. Ona görə də, xüsusi əməliyyatlar yeni səviyyəyə qədəm qoyur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri  “Rossiya 1” telekanalının efirində “LNR” xarici işlər nazirinin köməkçisi Rodion Miroşnik səsləndirib:

“Ukraynada əməliyyatın yeni mərhələsi başlayıb. Yəni “Xəncər”in ilk atışı eşidiləndə, “Bastion” işə düşəndə, digər raket sistemləri işə salınanda aviasiya da fəallaşır. İndi onların olacağından danışırıq” – deyə Rodion Miroşnik vurğulayıb.

Miroşnik xatırladıb ki, bir aya yaxın Ukrayna hərbçilərinə mühasirədən çıxmaq və silahlarını yerə qoymaq imkanı verilib:

“Düşünürəm ki, artıq bu gün hər şey bitdi. Deməli bu, bütün günü Donetskə zərbə endirən qrupa lazım olan növbəti addımdır” – Miroşnik bildirib.

Спецоперация Z выходит на новый этап, пощады больше не будет

MÜşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*