Zaqatala sakini sirkə turşusundan ZƏHƏRLƏNDİbackend

Zaqatala sakini sirkə turşusundan ZƏHƏRLƏNDİ

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

KONKRET.az xəbər verir ki, rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*