Buça, İrpin, Axtırka, Nikolayev qəhrəman şəhərlərə çevrilib.
KONKRET.az-ın Ukraynanın rəsmi saytına istinadən məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.
164/2022 nömrəli Sərəncama əsasən, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün dəf edilməsi zamanı öz şəhərlərinin müdafiəsində aşkar edilmiş şücaət, kütləvi qəhrəmanlıq və vətəndaşların mətanətini qeyd etmək məqsədilə Ukrayna Prezidenti Aşağıdakı şəhərlərə “Ukraynanın Qəhrəman Şəhəri” fəxri nişanı verilsin:
Buça (Kiyev vilayəti) İrpin (Kiyev vilayəti) Nikolayev (Nikolayev vilayəti) və Axtırka (Sumı rayonu).
Xuraman Etibarlı,
KONKRET.az
