“Sülhün bərpasının açarı Ukrayna və Rusiya Prezidentlərinin görüşüdür”.
KONKRET.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, nümayəndə heyətləri səviyyəsində danışıqların iştirakçısı Mixaylo Podolyak deyib.
O bildirib ki, görüşün olması üçün əvvəlcə ilkin sənədlər hazırlanacaq:
“İstənilən fundamental qərar yalnız dövlət başçıları – Ukrayna və Rusiya Prezidentlərinin görüşündə qəbul edilə bilər. Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. Bu görüşə hazırlıq gedir. Görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz davam edir. Müharibənin qaynar fazasının sona çatmasında maraqlı ölkələr var. Bəzi ilkin sənədlər hazırlanıb liderlərə veriləcək. Onlar bunu qiymətləndirəcəklər. Bu, prezidentlər səviyyəsində üzbəüz müzakirə üçün “yol xəritəsi” olacaq”.
Görüşün nə zaman baş tutacağı sualına isə Mixaylo Podolyak belə cavab verib:
“Bu barədə konkret tarix hələ ki məlum deyil”.
Vəsilə İbrahim,
KONKRET.az
